Hindistanda \”Kalaşnikov\” avtomatlarının istehsalı üzrə zavodun yaradılması barədə Rusiya ilə hökumətlərarası razılaşma bu ilin sonunda imzalana bilər.
İnterPress.az-ın məlumatına görə, bu barədə rusiyalı rəsmi Viktor Kaldov \”Aero-Hindistan – 2019\” sərgisi zamanı deyib.
Onun sözlərinə görə, zavodun yaradılmasına yatırılacaq vəsaitin məbləği, silahların növü barədə məsələlər daha sonra dəqiqləşdiriləcək.
Qeyd edək ki,bu gün Banqalor hərbi-hava bazasında \”Aero-Hindistan – 2019\” aerokosmik sərgisi öz işinə başlayıb. Sərgi Hindistan hökuməti və Müdafiə Nazirliyinin dəstəyi altında iki ildə bir dəfə keçirilir.(trend)
İnterPress.az