İsmayıllıda qətl törətməkdə təqsirləndirilən Elçin Cəfərovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.
İnterPress.az-ın xəbərinə görə, onun barəsində toplanan cinayət işinin materialları baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Nahid Mirzəyevin icraatına verilib.
Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.
Qeyd edək ki, ötən ilin yayında İsmayıllı rayonunda baş verib. Kürdmaşı kənd sakini, 1989-cu il təvəllüdlü Səfərova Ceyhunə Adil qızı həyat yoldaşı E.Cəfərov tərəfindən öldürülüb.
E.Cəfərov hadisə yerindən qaçsa da, polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. (report)
İnterPress.az