Yaponiyanın qırıcı təyyarəsi dənizə düşübbackend

Yaponiyanın qırıcı təyyarəsi dənizə düşüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaponiya Özünümüdafiə Qüvvələrinə məxsus “F-2” qırıcı təyyarəsi qəzaya uğrayıb.

İnterPress.az “TASS”a istinadən xəbər verir ki, bunu ölkənin müdafiə naziri Takesi İvaya bildirib.

Onun sözlərinə görə, hadisə fevralın 20-də Yaponiyanın qərbində yerləşən Yamaquti prefekturası sahillərində baş verib. Qəzaya uğrayan təyyarə Yapon dənizinə düşüb. Hər iki pilot sağ xilas edilib.

Nazir hadisə ilə bağlı araşdırma aparılacağını deyib.

İnterPress.az