Kiyevdə Müslüm Maqomayev parkı salınacaqbackend

Kiyevdə Müslüm Maqomayev parkı salınacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kiyevdə görkəmli Azərbaycan və sovet opera və estrada müğənnisi, bəstəkar, SSRİ Xalq artisti Müslüm Maqomayevin adına park salınacaq.

İnterPress.az xəbər verir ki, bununla bağlı UNN agentliyi məlumat yayıb.

Bildirilib ki, park Seçevıx Streltsov küçəsi və Vyaçeslav Çornovil prospektinin kəsişməsində yerləşəcək.

Məlumatda qeyd edilib ki, M.Maqomayev adına park Azərbaycanın Kiyevdəki səfirliyinin təklifi ilə salınır

İnterPress.az