Çində ordu generalı rüşvətə görə ömürlük həbs olundubackend

Çində ordu generalı rüşvətə görə ömürlük həbs olundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çində hərbi tribunal korrupsiyada təqsirli bilinən ordu generalını ömürlük azadlıqdan məhrum edib.

İnterPress.az-ın məlumatına görə, bu barədə “Sinxua” agentliyi informasiya yayıb.

Məhkəmə prosesində Çin Mərkəzi Hərbi Şurasının Birləşmiş Qərargahının keçmiş rəisi Fan Fenhuyanın rüşvət alıb-verdiyi, mənşəyi məlum olmayan iri məbləğdə pul vəsaitləri aldığı sübuta yetirilib. Generalın adına olan bütün daşınar-daşınmaz əmlak müsadirə olunub.

Yüksək çinli zabit partiyanın intizam qaydalarını pozmaqda təqsirli bilinib.

Fana qarşı istintaq 2018-ci ilin oktyabr ayında başlanılıb. O, hələ ötən il bu ittihamların irəli sürülməsindən sonra Kommunist Partiyasının sıralarından xaric edilmiş və general rütbəsindən məhrum edilmişdi.

“Reuters”in yazdığına görə, Fan Fenhuy ÇXR-nın sədri Si Cinpinlə ABŞ lideri Donald Tramp arasında keçirilən ilk görüşdə (2017-ci ildə) iştirak edib.

İnterPress.az