Nigeriyada naməlum silahlılar vilayətə hücum edib, ölənlər və yaralananlar varbackend

Nigeriyada naməlum silahlılar vilayətə hücum edib, ölənlər və yaralananlar var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nigeriyada naməlum silahlılar Aqatu vilayətinə hücum ediblər.

Bu barədə İnterPress.az \”Anadolu\” agentliyinə istinadən xəbər verir.

Benue əyalətinin sözçüsü İterver Akasenin sözlərinə görə, hücum zamanı 17 nəfər öldürülüb, xeyli sayda insan yaralanıb. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Qeyd edilir ki, bu ərazidə dəfələrlə çobanlarla fermerlər arasında silahlı qarşıdurmalar baş verib.

Daha əvvəl Nigeriyada \”Boko Haram\” terrorçuları hərbçilərə hücum edib.

İnterPress.az