Sərnişin təyyarəsi səs sürətini ötdübackend

Sərnişin təyyarəsi səs sürətini ötdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Britaniyanın “Virgin Atlantic” aviaşirkətinə aid sərnişin təyyarəsinin sürəti güclü külək axınının təsiri altında səs sürətini ötüb.

İnterPress.az xəbər verir ki, bu barədə “Washington Post” məlumat yayıb.

İnsident fevralın 18-də baş verib. Sözügedən təyyarə Los-Anceles-London hava reysi ilə uçub.

Avialayner 10,5 min metr yüksəklikdə olarkən reaktiv hava axınına düşüb. Nəticədə, “Boeing”in sürəti 1289 km/saata qədər yüksəlib. Qeyd edək ki, səs sürəti 1234,8 km/saata bərabərdir.

Bu təbii təkanla əlaqədar sərnişin təyyarəsi aeroporta nəzərdə tutulan vaxtdan 48 dəqiqə erkən enib.

İnterPress.az