Yevlax rayonunda motosiklet aşıb, sürücüsü yaralanıb.
İnterPress.az-ın məlumatına görə, hadisə Yevlax- Bərdə yolunda qeydə alınıb.
Qəza nəticəsində Ağdam rayon sakini, 1987-ci il təvəllüdlü Osmanov Nurlan Tofiq oğlu müxtəlif bədən xəsarətləri alıb. Yaralı xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.(report)
İnterPress.az