Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Salam Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
İnterPress.az-ın məlumatına görə, hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə S.Cəfərov 2 il azadlıqdan məhrum edilib.
İttihama görə, Bakı şəhər sakini, 2002-ci il təvəllüdlü S.Cəfərov paytaxtda İraq vətəndaşı Al-Darraji Mohammed Abed Jiheelinin telefonunu quldurluq yolu ilə ələ keçirib.
Əcnəbi vətəndaşın şikayəti əsasında o, hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılıb.
S.Cəfərova qarşı Cinayət Məcəlləsinin 181.2.5-ci (quldurluq, silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.(trend)
İnterPress.az