Universitetdə cinayətbackend

Universitetdə cinayət

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə lent.az-a hüquq-mühafizə orqanlarından məlumat əldə edib.

Keçən il iyulun 2-də Şəmkir rayon sakini, Azərbaycan Pedoqoji Universitetinin tələbəsi, 1991-ci il təvəllüdlü Məmmədov Nahid Namaz oğlu dövlət imtahanından keçmək üçün Bakı şəhər sakini, 1973-cü il təvəllüdlü Vəliyev Vüqar Zülfi oğluna müraciət edib.

V.Vəliyev N.Məmmədovu dövlət imtahanından keçirəcəyinə söz verib və N.Məmmədovdan Bülbül prospekti 9 ünvanının qarşısında 2500 manat pul alıb. Lakin tələbə yenə də dövlət imtahanından keçə bilməyib. Üstəlik o, V.Vəliyevə verdiyi pulu geri ala bilməyib.

Bu günlərdə məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət daxil olub. Fakt üzrə Cinayət Məcəlləsinin 178.2.4-cü (dələduzluq) maddəsi ilə iş başlanılıb.

Zəruri istintaq hərəkətləri həyata keçirilir.

İnterpress.az