“Jerusalem Post”: Dünya erməni millətçilərinin Xocalıda azərbaycanlılara qarşı törətdikləri vəhşilikləri bilməlidirbackend

“Jerusalem Post”: Dünya erməni millətçilərinin Xocalıda azərbaycanlılara qarşı törətdikləri vəhşilikləri bilməlidir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

\”Xocalıda törədilmiş soyqırımı aktı 20-ci əsrin ən dəhşətli və qanlı faciələrindən biri olub\”.

İnterPress.az xəbər verir ki, bu barədə israilli ekspert Arye Qut İsraildə işıq üzü görən \”The Jerusalem Post\” nəşrində dərc olunan \”Xocalıda azərbaycanlıların soyqırımı\” məqaləsində yazıb.

\”Dünya erməni millətçilərinin işğal olunmuş torpaqlarda dinc azərbaycanlı əhaliyə qarşı törətdikləri vəhşiliklər və varvarlıqlar barədə daha çox bilməlidir. Bu faciənin qəddar və amansız səhnələri əbədi olaraq Azərbaycanın qəlbində yara olaraq qalacaq\”, – A.Qutun məqaləsində deyilir.

O yazıb ki, Xocalının işğalı dünyanın ən qədim qəbirlərindən biri hesab olunan Xocalı qəbiristanlığının bütün mədəniyyət abidələrininin məhv edilməsi ilə nəticələnib: \”Bu, dünya mədəniyyətinə qarşı yönəlmiş erməni varvarlığının və vandalizminin parlaq nümunəsidir\”.

\”Nasistlərin əksəriyyətinin Nürnberq prosesində beynəlxalq məhkəmə qarşısında dayandığı II Dünya müharibəsinin nəticələrindən fərqli olaraq, Xocalıda Azərbaycanın dinc əhalisinə qarşı qırğının ideoloqları və icraçıları müasir Ermənistanda sərbəst yaşayır. Cinayət cəzasız qalmamalıdır və canilər Xocalıda bu soyqırımı aktının təşkili və həyata keçirilməsinə görə cəzalandırılmalıdır\”, – ekspert bildirib.

İnterPress.az