Xocalı faciəsi bəşəriyyətin vicdanında qara ləkədir.
İnterPress.az-ın məlumatına görə, bu barədə Türkiyə parlamentinin Xarici işlər komissiyasının bəyanatında deyilir.
Bəyanatda qeyd olunur ki, beynəlxalq ictimaiyyət, ATƏT və İslam Əməkdaşlıq Təşkilatı bu qanlı faciəyə zəruri qiyməti verməlidir.
Bəyanatda o da vurğulanır ki, Türkiyə qardaş Azərbaycanın kədərini bölüşür və Xocalı faciəsi ilə əlaqədar Azərbaycan xalqına başsağlığı verir:
“Türkiyə Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalını qətiyyətlə pisləyir”. (trend)
İnterPress.az