Azərbaycan və Polşa nəqliyyat sahəsində əməkdaşlığı genişləndirirbackend

Azərbaycan və Polşa nəqliyyat sahəsində əməkdaşlığı genişləndirir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fevralın 25-26-da Varşavada Azərbaycanla Polşa arasında nəqliyyat və logistika üzrə işçi qrupunun ilk iclası keçirilib.

Bu barədə İnterPress.az-a Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən bildirilib.

Məlumata görə, iclasa Azərbaycan tərəfdən nazir müavini Elmir Vəlizadə, Polşa tərəfdən isə bu ölkənin infrastruktur nazirinin müavini Andjey Bittel rəhbərlik edib.

İclas çərçivəsində avtomobil, dəmir yolu, dəniz nəqliyyatı, tranzit daşımalar və poçt xidmətləri sahəsində əməkdaşlıq imkanları müzakirə edilib, Şərq-Qərb və Cənub-Qərb nəqliyyat dəhlizləri çərçivəsində yük daşımaları zamanı iki ölkənin tranzit imkanlarından tam istifadə edilməsi və Trans-Xəzər beynəlxalq nəqliyyat marşrutu ilə daşımaların təşviq olunması istiqamətində birgə tədbirlərin davam etdirilməsinin vacibliyi vurğulanıb.

Görüşdə müzakirə olunan məsələlərin nəticələrinə dair iclasın protokolu imzalanıb.

İnterPress.az