Milli Məclisin martın 5-də keçiriləcək plenar iclasının gündəliyi məlum olub.
İnterPress.az xəbər verir ki, toplantının gündəliyinə 18 məsələ daxil edilib.
İclasda əvvəlcə Azərbaycanın İnsan Hüquqları Müvəkkilinin 2018-ci il üzrə illik məruzəsi dinləniləcək.
Deputatlar həmcinin \”Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında\”, \”Pasportlar haqqında\”, \”Gənclər siyasəti haqqında\” və s. qanunlara, o cümlədən Torpaq, Şəhərsalma və Tikinti, Cinayət, İnzibati Xətalar məcəllələrinə təklif olunan dəyişiklik layihələrinə baxacaqlar.
İnterPress.az