ATƏT-in fəaliyyətdə olan sədrinin Dağlıq Qarabağ münaqişəsi üzrə xüsusi nümayəndəsi, səfir Anjey Kaspşikin mandatı bir il müddətinə uzadılıb.
İnterPress.az xəbər verir ki, bu barədə \”Report\”a müsahibəsində ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiyanın xarici işlər naziri Miroslav Layçak bildirib.
\”Səfir Anjey Kaspşiki münaqişə üzrə şəxsi nümayəndəm təyin etdim, Minsk prosesinə inanırıq və uğur üçün lazım olan dəstəyi davam etdirəcəyik\”, – M.Layçak deyib.
Beləliklə, polşalı diplomat 23-cü dəfə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi təyin olunub.
Qeyd edək ki, A.Kaspşik bu vəzifəni 1997-ci ilin yanvar ayından tutur.
İnterPress.az