Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen In ABŞ Prezidenti Donald Trampla görüşündə nüvəsizləşdirmənin həyata keçirilməsinə hazır olduğunu növbəti dəfə təsdiq edib.
İnterPress.az-ın məlumatına görə, amerikalı jurnalistin müvafiq sualına cavabında Şimali Koreya rəhbəri bildirib: \”Əgər hazır olmasaydım, burada olmazdım\”.
Bundan sonra K.Ç.In gülümsəyib, Trampın reaksiyası isə belə olub: \”Yəqin ki, bu, indiyə qədər eşitdiyiniz ən yaxşı cavabdır\”.
Digər jurnalistin \”KXDR lideri bunun üçün konkret addımlar atmağa hazırdırmı?\” sualına isə K.Ç.In \”Biz elə indi bunu müzakirə edirik\”, – deyə cavab verib.
İnterPress.az