Səyavuş Heydərov: Azərbaycanın milli maraqları bəzi qərb dairələrini qane etmir və təzyiq göstərməyə çalışırlarbackend

Səyavuş Heydərov: Azərbaycanın milli maraqları bəzi qərb dairələrini qane etmir və təzyiq göstərməyə çalışırlar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın milli maraqları bəzi qərb dairələrini qane etmir və nəticədə təzyiq göstərməyə çalışırlar.

İnterPress.az-ın məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov deyib.

S.Heydərov bildirib ki, bu gün qərb dövlətlərinin islamofobiya siyasəti məqsədyönlüdür: “Onlar zəif və idarəolunan Azərbaycan istəyirlər. İstəyirlər ki, Azərbaycanda məskunlaşıb Rusiyaya qarşı işləsinlər. Təbii ki, biz buna imkan verə bilmərik”.

Sədr müavini bildirib ki, maraqlar toqquşduğu üçün əvvəllər Azərbaycana qarşı təzyiqlər siyasi müstəvidə itirdisə, indi dini müstəvidə təzyiqlər var: “Buna dəstək edənlər arasında bəzi müsəlman ölkələri də var. Necə ola bilər ki, Xocalı faciəsini törətmiş Ermənistanla bu müsəlman ölkələri dostluq edir? Bu islama ziddir”.

S.Heydərov vurğulayıb ki, bu gün müsəlman dünyası üçün ən böyük töhfəni Azərbaycan verir, ikinci belə bir dövlət yoxdur: \”Əksər müsəlman ölkələri Azərbaycana dəstək verir, ancaq bir neçə müsəlman ölkəsi Azərbaycana qarşı laqeyddir və bizə düşmən olanlara dəstək verirlər”.

İnterPress.az