Şimali Koreyanın lideri Kim Çen Inın Vyetnama nəzərdə tutulan rəsmi səfər tarixi dəyişməyib.
İnterPress.az xəbər verir ki, məlumatı Vyetnam Xarici İşlər Nazirliyi yayıb.
Bildirilib ki, Şimali Koreya liderinin martın 1-2-nə Hanoya planlaşdırılan rəsmi səfərinin tarixi dəyişdirilməyib.
Qeyd edilib ki, ABŞ Prezidenti Donald Trampla fevralın 27-28-də Hanoyda keçirilən görüşün nəticəsi Kim Çen Inın səfərinə təsir etməyib.
İnterPress.az