İnterpress.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, bu il yanvarın 9-da Yuxarı Qarabağ kanalının İmişli rayonu ərazisindən keçən hissəsində “Mercedes” markalı minik avtomobili suya düşüb.
Nazirliyin dalğıc-xilasediciləri dərhal hadisə yerinə cəlb ediliblər.
Onlar avtomobildə olan sərnişinin axtarışına başlayıblar.
Bu gün 1993-cü il təvəllüdlü Əli Rəfail oğlu Şirinovun cəsədi dalğıc-xilasediciləri tərəfindən batdığı yerdən 6 km aralıda tapılaraq sudan çıxarılıb.
İnterpress.az