Qızılcaya yoluxmanın daha çox yayıldığı ölkələr açıqlanıbbackend

Qızılcaya yoluxmanın daha çox yayıldığı ölkələr açıqlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

YUNİSEF qızılcaya yoluxma tempinə həsr olunmuş hesabat dərc edib.

İnterPress.az təşkilatın saytına istinadən xəbər verir ki, qızılca xəstəliyinə yoluxma hallarında ən böyük artım 2017-ci ildən 2018-ci ilə qədər Ukrayna, Filippin və Braziliyada müşahidə olunub.

Belə ki, Ukraynada 2018-ci ildə qızılcaya yoluxma üzrə 35120 hal qeydə alınıb. Hökumətin məlumatına görə, 24042 nəfər isə təkcə 2019-cu ilin ilk iki ayında yoluxub.

Həmçinin qeyd olunur ki, 2018-ci ildə Filippində 15599, 2019-cu ildə isə 12736 yoluxma halı qeydə alınıb.

YUNİSEF dünyada qızılcaya yoluxma hallarının narahatlıq yaradacaq qədər yüksək səviyyəyə sürətlə artmaqda olduğunu bəyan edir. Məlumatda yoluxma hallarının 74%-dən çoxunun 10 ölkənin – Ukrayna, Filippin, Braziliya, Yəmən, Venesuela, Serbiya, Madaqaskar, Sudan, Tayland və Fransanın payına düşdüyü vurğulanır.

Qeyd edək ki, Azərbaycanda da qızılca xəstəliyi ilə mübarizə üzrə tədbirlər həyata keçirilir.

İnterPress.az