Bakıda 19 yaşlı oğlan naməlum şəxslər tərəfindən bıçaqlandıbackend

Bakıda 19 yaşlı oğlan naməlum şəxslər tərəfindən bıçaqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda bıçaqlanma hadisəsi baş verib.

İnterPress.az-ın məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonu, Pirşağı qəsəbəsində baş verib.

Pirşağı sakini, 2000-ci il təvəllüdlü Sultanov Eldar Rasim oğlu qəsəbə ərazisində naməlum şəxslər tərəfindən bıçaqlanıb.

Yaralı 2 bıçaq xəsarəti ilə 3 saylı şəhər Klinik Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı Sabunçu rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsilə cinayət işi başlanıb.

Hazırda hadisəni törədən şəxslərin müəyyən edilərək saxlanılması ilə bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

İnterPress.az