Floridada təyyarə çoxmərtəbəli binaya çırpılıbbackend

Floridada təyyarə çoxmərtəbəli binaya çırpılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cümə günü ABŞ-ın Florida ştatının Fort-Loderdeyl şəhərində yüngülmühərrikli təyyarə çoxmərtəbəli binaya çırpılıb. Nəticədə pilot həlak olub.

İnterPress.az-ın xəbər verir ki, bu barədə yanğın-xilasetmə xidmətinin nümayəndəsinə istinadən \”The Miami Herald\” nəşri yazıb.

Hadisə günorta saatlarında baş verib. Təyyarə binanın 16 və 17-ci mərtəbələri arasındakı hissəyə dəyib. Daha sonra o, təmir işlərinin aparıldığı hovuz olan terrasa düşüb. Bina sakinləri təxliyə olunub.

İnterPress.az