Ağstafada motosiklet kanala aşıb, xəsarət alan varbackend

Ağstafada motosiklet kanala aşıb, xəsarət alan var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ağstafa rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

İnterPress.az-ın məlumatına görə, hadisə rayonun Eynallı kəndində qeydə alınıb.

Kənd ərazisində olan kanalın (içərisində su olmayıb) kənarında hərəkətdə olan motosikletin təkəri boşluğa düşüb və kanala aşıb. Nəticədə motosikletin sərnişini 1983-cü il təvəllüdlü Əziz Fəxrəddin oğlu Eyyubov xəsarət alıb. Motosikletin sürücüsü və daha bir sərnişini isə xəsarət almayıb. Ə.Eyyubov xəstəxanaya aparılıb və ona tibbi yardım göstərilib. Onun vəziyyətinin normal olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.(report)

İnterPress.az