İrandan Azərbaycana narkotik gətirməkdə təqsirləndirilən şəxslərin məhkəməsində gömrük əməkdaşları dindirilibbackend

İrandan Azərbaycana narkotik gətirməkdə təqsirləndirilən şəxslərin məhkəməsində gömrük əməkdaşları dindirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı Ağır Cinayətlər Məhkəməsində İrandan Azərbaycana narkotik vasitə gətirməkdə təqsirləndirilən Rauf Nuri və Arif İsgəndərovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

İnterPress.az-ın xəbərinə görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə Dövlət Gömrük Komitəsinin mayoru Amil İsmayılov ifadə verib.

O bildirib ki, həmin vaxt Hava Nəqliyyatında Baş Gömrük İdarəsində çalışıb, təqsirləndirilən Arif İsgəndərov saxlanılan gün növbə rəisi olub: \”Tehran reysi zamanı gələn sərnişinlər yoxlanılırdı. Mən şəxsiyyət vəsiqəsini tələb elədim. Onun çantasında nə olduğunu soruşdum. O, isə yükün özünün olmadığını dedi. Sonra yükü yoxlamağa başladıq. O, yükün qaymaq olduğunu bildirdi. Qaymağın bərk olması diqqətimizi çəkdi. Arif İsgəndərov qaymağın donmuş vəziyyətdə olduğunu dedi. Biz də yükə baxanda narkotik vasitə aşkar elədik. Arif İsgəndərov yükün özünün olmadığını söylədi. Biz də həqiqətən buna inandıq. Lakin biz digər şəxsi tapa bilmədik\”.

Daha sonra şahid qismində Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin baş inspektoru Mətləb Əliyev də dindirilib. O da digər şahid kimi eyni məzmunlu ifadə verib.

Məhkəmənin növbəti iclası martın 12-nə təyib edilib.

Xatırladaq ki, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda narkotik vasitənin gömrük sərhədindən, gömrük nəzarətindən gizli keçirilməsinin qarşısı alıb.

Tehran-Bakı aviareysilə gələn Azərbaycan vətəndaşı İsgəndərov Arif Zərqulu oğlu gömrük nəzarətindən keçərkən onun əl yükü rentgen aparatında yoxlanılıb.

Selofanda təmiz çəkisi 1 kq 20 qram olan heroin aşkar edilib.

Bu iş üzrə daha sonra R.Nuri də saxlanılıb.

İnterPress.az