Çad Liviyayla sərhədi bağlayıbbackend

Çad Liviyayla sərhədi bağlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çad hakimiyyəti regionda təhlükəsizliyin artırılması üçün Liviya ilə sərhədin bağlanması barədə elan ediblər.

İnterPress.az-ın məlumatına görə, bu barədə Silahlı Qüvvələrin rəhbəri Maxamat Abali Salah bildirib.

A.Salah deyib: \”Bu zona, Çadın bir hissəsi olmasına baxmayaraq, bütün quldurlar, terroristlər və üsyançıların toplandığı yerə çevrilib. Dövlət vəziyyəti düzəltmək üçün tədbirlər gördü… biz bu məqamdan başlayaraq və sonrakı fərmanlara qədər Liviya və Çad arasındakı sərhədi bağlamaq qərarını qəbul etdik\”.

Qeyd edək ki, 2017-ci ildədə Çad Liviya ilə sərhədi bağlamışdı, lakin daha sonra sərhədin bir hissəsinin açılmasını elan etmişdi.

İnterPress.az