Hadisə dekabrın 27-də paytaxtın cənub hissəsində baş verib.
\”Hyundai Solaris\” markalı avtomobilin adı açıqlanmayan 48 yaşlı azərbaycanlı sürücüsü dekabrın 27-də itkin düşüb. Sürücünü axırıncı dəfə dekabrın 27-də yaşadığı ərazidə avtomobildə hərəkət edərkən görüblər. Bundan sonra azərbaycanlının çalışdığı taksi şirkəti hüquq-mühafizə oqranlarına əməkdaşının itkin düşməsi ilə bağlı məlumat verib.
Məlum olub ki, 48 yaşlı azərbaycanlı sürücü qətlə yetirilib.
Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində qətl törətməkdə şübhəli bilinən Tacikistan və Özbəkistan vətəndaşları saxlanılıb. Onlar itkin düşmüş azərbaycanlının qətlində əllərinin olduğunu etiraf ediblər və dekabrın 30-da Puçkovo qəsəbəsində azərbaycanlı sürücünün avtomobilinə sərnişin kimi mindiklərini bildiriblər.
Yolda cinayətkarlar azərbaycanlı sürücünün başına travmatik tapançadan atəş açıblar. Daha sonra onu şalvar kəməri ilə boğublar. Onun cəsədini isə qətlin baş verdiyi yerdən bir az aralıda basdırıblar.
Tacikistan və Özbəkistan vətəndaşları bundan başqa yanvarın 4-də azərbaycanlı taksi sürücüsünün çalışdığı taksi şirkətində çalışan daha bir taksi sürücüsünü qətlə yetirdiklərini etiraf ediblər. Onlar həmin taksi sürücüsünü də şalvar kəməri ilə boğduqlarını və daha sonra basdırdıqlarını bildiriblər. Cinayətkarlar öldürdükləri şəxslərin üzrəində olan pulu (10-15 min rubl) və mobil telefonu götürdükərini də deyiblər.
Lakin hüquq-mühafizə orqanlarının əməkdaşları hər iki qətlin quldurluq məqsədi ilə törədilmədiyini güman edirlər. Onların fikrincə, qətllər taksi fəaliyyəti ilə məşğul olan iki böyük şirkət arasındakı rəqabət fonunda baş verib. Bir taksi şirkəti onun bazarına girdiyi üçün digər şirkətin taksi sürücülərinin qətlini sifariş verib.
APA-nın Moskva müxbirinin əldə etdiyi məlumata görə, taksi şirkətlərinin birinin sahibi milliyyətcə azərbaycanlıdır.
İnterpress.az