İnterpress.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının Yasamal rayonunda mənzildə 1954-cü il təvəllüdlü Heydərov Əli Hüseynağa oğlu bağlı qapı arxasında qalıb.
Hadisə yerinə cəlb edilmiş xilasedicilər mənzilin giriş qapısını açıb və adı çəkilən şəxsin cəsədini aşkar ediblər. Ə.Heydərovun cəsədi aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 21:06-da başa çatıb.
İnterpress.az