Gəncə şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, hadisə şəhərin Tağı Aranı küçəsində baş verib.
Gəncə şəhər sakini, 1964-cü il təvəllüdlü Əmiraslanov Ümid Oktay oğlu idarə etdiyi “VAZ21011” markalı avtomobillə yolu keçmək istəyən 1964-cü il təvəllüdlü Əsgərova Kəsirə Cəfər qızını vurub. Sürücü müxtəlif bədən xəsarətləri alan yaralı qadını Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına çatdırıb. 51 yaşlı qadının vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.
İnterpress.az