İbtidai sinif müəlliməsi öldübackend

İbtidai sinif müəlliməsi öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hadisə ötən gün günorta saatlarında qeydə alınıb.

Sabunçu rayonu Zabrat qəsəbəsindəki 307 saylı orta məktəbin müəllifi qəfildən vəfat edib.

Adıçəkilən məktəbdən ANS PRESS-ə verilən məlumata görə, vəfat edən Təranə Muradova ibtidai sinif müəlliməsi olub. 34 yaşlı müəllimə 2006-cı ildən məktəbdə çalışıb.

\”Müəllim uşaqları evə yola salandan sonra yoldaşları ilə söhbət edib. Qəfildən o özünü pis hiss edərək yıxılıb. Təcili yardıma xəbər verilsə də müəllimə keçinib\”.

Mərhumənin valideynləri müəllimənin ürəyində uşaqlıqda problemlər olduğunu deyiblər. T.Muradova subay olub.

İnterpress.az