İnterPress.az-a daxil olan məlumata görə, hadisə zamanı zavod personalı təxliyyə edilib, yanğın yerinə dərhal yanğınsöndürənlər cəlb edilib.
Hadisənin dəqiq səbəbləri məlum deyil. Yanğının səbəblərinin araşdırılması ilə əlaqədar xüsusi qrup yaradılıb.
Yanğın zamanı xoşbəxtlikdən xəsarət alan olmayıb.
Məlumata görə, zavod hazırda istehsalı davam etdirir.
Qeyd edək ki, bu zavod Uzaq Şərq bazarını neft məhsulları ilə təmin edən əsas mənbələrdən biridir.
İnterPress.az