Akademik: Hər il dünyada altı-yeddi milyon insan vərəmdən ölürbackend

Akademik: Hər il dünyada altı-yeddi milyon insan vərəmdən ölür

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.az xəbər verir ki, bunu akademik Əhliman Əmiraslanov parlamentdə vərəm xəstəliyi ilə bağlı dinləmələrdə bildirib.

“Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) statistikasına baxdım. Gözləmədiyim rəqəmlərlə qarşılaşdım”, – deyən Ə.Əmiraslanovun sözlərinə görə, bu gün dünyada 20 milyon vərəmli xəstə var.

“Eyni zamanda, hər il on milyona yaxın insan vərəmə yoluxur. Bununla yanaşı, hər il dünyada altı-yeddi milyon insan vərəmdən dünyasını dəyişir. Ona görə də görülən işlərə, müsbət nəticələrə baxmayaraq, arxayınlığa yol vermək olmaz.

Bu xəstəliklə mübarizə tədbirləri daha da gücləndirilməlidir”, – deyə o əlavə edib.

İnterPress.az