İnterPress.az-ın məlumatına görə, hadisə Xətai rayonu, Neapol küçəsi 10 B ünvanında baş verib.
1947-ci il təvəllüdlü Nadirov Viktor Əli oğlu həyətyanı sahədə gəzərkən qapağı açıq vəziyyətdə olan quyuya düşüb. Ətrafdakıların köməyi ilə o xilas edilib.
Kişinin vəziyyəti ağır olduğundan xəstəxanaya yerləşdirilib.(ona)
İnterPress.az