Son dövrdə dünya bazarlarında xam neftin və neft məhsullarının qiymətlərinin aşağı düşməsi ilə əlaqədar ARDNŞ tərəfindən “Super” və “Premium” markalı yanacaqların pərakəndə satış qiymətinə yenidən baxılıb və 13 yanvar 2015-ci il tarixindən həmin yanacaq növlərinin 1 litrinin pərakəndə satış qiyməti, müvafiq olaraq, “Super” üçün 1 manat 7 qəpikdən 1 manat 5 qəpiyə, “Premium” üçün isə 95 qəpikdən 93 qəpiyə endirilib.
\”Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında\” Azərbaycan Respublikasının Qanununa əsasən, yanacağın hər litrinin qiymətinə 2 qəpik yol vergisi əlavə edilib, 13 yanvar 2015-ci il tarixindən “Super” markalı yanacağın 1 litrinin pərakəndə satış qiyməti 1 manat 7 qəpik, “Premium” markalı yanacağın 1 litrinin pərakəndə satış qiyməti isə 95 qəpik olaraq müəyyən edilib.
İnterpress.az