İnterPress.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri Xaled Abdel Əziz əl-Fəlih iclasda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, bu, neft bazarındakı oyunçulara özünə əminlik verəcək və 2014-cü ildə baş vermiş vəziyyətin təkrarlanmasına mane olacaq.
\”Yaxın bir neçə həftə ərzində əməkdaşlıq planının qaralama formasını təqdim etməyi planlaşdırırıq\”, – Əl-Fəlih deyib.
Bundan əlavə, nazir qeyd edib ki, son bir ildə OPEC və OPEC+ birgə səylərlə neft bazarında balansı bərpa edib.
\”Neft bazarının mövcud vəziyyətini öyrənərkən keçən ilin sonu ilə müqayisədə yaxşılaşma olduğunu görürük, amma hələ də çox iş görməliyik\”, – Əl-Fəlih vurğulayıb.
İnterPress.az