İnterPress.az-ın məlumatına görə, hadisə \”Beton zavod\” adlanan ərazidə qeydə alınıb.
Belə ki, Sumqayıt şəhər sakini, 1960-cı il təvəllüdlü Sergey Nikolayeviç Sergeyevin həmin ərazidə qaynaq işləri apararkən anidən ürəyi dayanıb. Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Anatomiya Birliyinin Sumqayıt şəhər şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
İnterPress.az