Gürcüstanda nazirin evini qarət edən şəxs yaxalanıbbackend

Gürcüstanda nazirin evini qarət edən şəxs yaxalanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.az xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

İstintaqla müəyyən olunub ki, 1990-cı il təvəllüdlü şərti cəza almış şəxs martın 16-da G.Kobulianın Daba Tsxneti qəsəbəsindəki bağ evinə qanunsuz daxil olaraq müxtəlif əşyalar oğurlayıb və hadisə yerindən qaçıb.

Polis oğurlanmış əşyaların bir hissəsini maddi sübut kimi müsadirə edib.

Faktla bağlı istintaq aparılır. Saxlanılan şəxsi 4 ildən 7 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

İnterPress.az