Suriyada İranın 11 hərbçisi ölübbackend

Suriyada İranın 11 hərbçisi ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.az “Haber7”yə istinadən xəbər verir ki, məlumatı İsrail KİV-i yayıb.

“The Associated Press” isə hadisə nəticəsində İranın 7 hərbçisinin öldüyünü bildirib.

İsrailin nəqliyyat naziri, xarici işlər nazirinin müavini İsrael Katz Suriyanın Hələb şəhərinə yəhudi dövləti ordusunun hücum etdiyini təsdiqləyib.

“SANA” agentliyi bildirib ki, martın 28-i gecə saatlarında İsrailə məxsus döyüş təyyarələri Hələb şəhərinin Bəşşar Əsəd rejiminin nəzarəti altında olan hissəsinə – Şeyx Nacar bölgəsinə raket hücumu edib. Məlumata görə, hücumun əsas hədəfinin Hələbdəki İran hərbçilərinə aid silah anbarı olub.

İnterPress.az