İnterPress.az-ın məlumatına görə, bunu iqtisadiyyat naziri Şahin Mustafayev jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, ikin ödənişlərin verilməsi ilə bağlı araşdırma aparılır:
“Biz artıq bankla danışmışıq. Maddi ziyan dəyən şəxslərə hesablar açılacaq və kartlara ödəniləcək”.
Nazir qeyd edib ki, sahibkarlara güzəştli kreditlərin verilməsi təklif olunacaq:
“Hansı sahibkar bu krediti istəsə, ona köməklik ediləcək. Verilən kredit dörd faiz ilə və uzun müddətli güzəştli şərtlərlə olacaq”.
“Zərərçəkmişlərə malları satmaq üçün yeni yerlər veriləcək və icarədarlar da 4-5 ay ərzində icarə pulu almayacaqlar”, – nazir əlavə edib.
İnterPress.az