İnterPress.az xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin illik hesabatında bildirilib.
İllik müqayisədə bölgədə təbii artımda 688 nəfər və ya 29,3% azalma qeydə alınıb.
2018-ci ildə Gürcüstanda təbii artım illik müqayisədə 15,7% azalaraq 4 614 nəfər təşkil edib.
Hesabat ilində Kvemo Kartli bölgəsində nikah və boşanmaların sayı müvafiq olaraq 2 666 və 994 təşkil edib.
Ötən il Gürcüstan üzrə nikahların ümumi sayı 23 202, boşanmaların ümumi sayı isə 10 288 olub.(report)
İnterPress.az