İnterPress.az TASS-a istinadən xəbər verir ki, bunu Antalyada Türkiyə-Rusiya Ortaq Strateji Planlaşdırma Qrupunun növbəti iclasının yekunlarına dair Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə birgə mətbuat konfransı zamanı Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
“Viza rejiminin daha da liberallaşdırılması məsələsinə də toxunduq. O cümlədən yaxın vaxtlarda xidməti və xüsusi pasport sahibləri, habelə beynəlxalq daşımaları həyata keçirən peşəkar sürücülər üçün vizaları ləğv etmək məsələsini də həll edəcəyik”,- rusiyalı nazir deyib.
İnterPress.az