İnterPress.az RİA \”Novosti\”yə istinadən xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Ekstremizə qarşı Mübarizə Baş İdarəsinin rəisi Oleq İlyinıx \”Ekstremizm və terrorizmlə mübarizədə beynəlxalq əməkdaşlığın prioritetləri\” mövzusunda Rusiya DİN-in V.Y.Kikot adına Moskva Universitetində keçirilən II beynəlxalq elmi-praktiki konfrans çərçivəsində bildirib.
Onun sözlərinə görə, İŞİD terror qruplaşması ümumdünya terror şəbəkəsi yaradılması üzrə planlarını həyata keçirmək istəyir.
\”Xilafətin Suriya və İraqda strateji məğlubiyyət alması onların maraqlarının Qazaxıstan, Özbəkistan, Tacikistan, Qırğız Respublikası və Ermənistan ərazisinə doğru hərəkət etməsinə gətirib çıxaracaq\”, – idarə rəisi vurğulayıb..
İnterPress.az