Fransada “sarı jiletlilər” 20-ci etiraz aksiyası keçirəcəklərbackend

Fransada “sarı jiletlilər” 20-ci etiraz aksiyası keçirəcəklər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.az \”İnterfax\”a istinadən xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.

Qeyd edilir ki, nümayişlərin keçirilməsi Parisdə, Bordoda, Tuluzada, Lionda, Avinyonda və başqa şəhərlərdə planlaşdırılıb. Şənbə etirazları \”sarı jiletlilərin\” artıq 20-ci aksiyası olacaq.

\”Sarı jiletlilər\”in bu yaxınlarda keçirdikləri aksiyalarda qarışıqlıqlar və talanlardan sonra Fransanın hakimiyyət orqanları bəzi böyük şəhərlərdə nümayişlərin təşkilini qadağan edib.

Məsələn, Parisdə etiraz edənlərə Yelisey çöllərinə çıxmağa icazə verilməyəcək. Tuluzada \”sarı jiletlilərə\” şəhərin mərkəzi sahələrindən birinə – Kapitoli meydanına yığılmağı qadağan ediblər. Belə məhdudiyyətlə həmçinin Ruanda da tətbiq edilib.

Fransada \”sarı jiletliləri\”in liderlərindən olan Erik Drue icazəsiz nümayiş keçirdiyinə görə cərimə ödəyəcək.

İnterPress.az