“El Nacional” nəşrinin məlumatına görə, hazırda ölkənin 21 ştatında elektrik verilişi kəsilib.
İşıqların sönməsi ölkənin milli elektrik enerji şəbəkəsinin 48 saatlıq “blekaut”dan (günün qaranlıq vaxtı elektrik enerji sistemində baş verən qəza – red.) sonra bərpa olunduğu bir vaxtda müşahidə olunub.
Mirand ştatının qubernatoru yerli hökumətin vətəndaşların təhlükəsizliyi məqsədilə küçələrdə polis patrulunu gücləndirəcəyini bildirib.
Venesuela hökuməti ölkənin elektrik təchizatında yaranan böhranı ABŞ-ın təxribatı sayır.
İnterPress.az