Yardımlıda polis faciəli şəkildə həlak oldubackend

Yardımlıda polis faciəli şəkildə həlak oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən gün gecə saatlarında rayonun ən ucqar dağ kəndlərindən biri olan Osnəkəran kəndində baş verib.

Rayon polis şöbəsinin cinayət-axtarış bölməsinin müvəkkili, baş leytenant, 1988-ci il təvəllüdlü Şahin Nəsirov 10 AP 928 dövlət qeydiyyat nömrə nişanlı “Chevrolet” markalı avtomobil ilə xidməti ərazisində qəzaya uğrayıb. Onun idarə etdiyi xidməti avtomobil idarəetməni itirərək dərəyə yuvarlanıb.

Yol-nəqliyyat hadisəsinə səbəb kimi həmin yolun qar yağması nəticəsində sürüşkən olması göstərilir.

Nəticədə avtomobildə tək olan Şahin Nəsirov aldığı ağır xəsarətlərdən yerindəcə keçinib.

Faktla bağlı araşdırma aparılır.

İnterPress.az