İnterPress.az-ın məlumatına görə, hadisə səhər saatlarında qeydə alınıb. Bağlar yaşayış massivinin 8-ci küçəsində yerləşən fərdi təsərrüfatlardan birində yanan iki otaqlı yaşayış evinin söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadası cəlb olunub. Yanğın lokallaşdırılaraq söndürülüb. Yanğından xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.
İnterPress.az