Ukraynada prezident seçkiləri üzrə Azərbaycandakı səsvermənin nəticələri müəyyənləşibbackend

Ukraynada prezident seçkiləri üzrə Azərbaycandakı səsvermənin nəticələri müəyyənləşib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.az Ukrayna MSK-ya istinadən xəbər verir ki, bülletenlərin 100 faizinin hesablanmasının nəticəsinə görə, seçicilərin əksəriyyəti – 37,14%-i Ukraynanın hazırkı Prezidenti Petro Poroşenkoya səs veriblər.

Ukraynanın Azərbaycandakı səfirliyində açılmış seçki məntəqəsində səsverməyə ümumilikdə 175 nəfər qatılıb.

Xatırladaq ki, Ukraynada prezident seçkiləri martın 31-də keçirilib. Ukrayna MSK-nın məlumatına görə, bülletenlərin 40,21%-nin hesablanmasının nəticələrinə görə, prezidentliyə namizəd, şoumen Vladimir Zelenski Ukraynadakı prezident seçkilərinin ilk turunda səslərin 30,23%-ni toplayıb, hazırkı dövlət başçısı Petro Poroşenko isə 16,65% səs qazanıb.

İnterPress.az