İnterPress.az xəbər verir ki, narkotik vasitələrin təsiri altında avtomobilin idarəolunmasına qarşı cərimə və ya 1 ilə qədər həbs cəzası tətbiq olunacaq.
Bununla yanaşı, qaydaları pozan sürücülər nəqliyyat vasitəsini idarəetmə hüququndan 3 il müddətinə məhrum olunacaqlar.
Yeni qaydaların tətbiq olunması məqsədilə Gürcüstanın Daxili İşlər Nazirliyinin Patrul polis departamentinin inspektoralrı müvafiq hazırlıq keçiblər. Bununla yanaşı, departament sürücülərin narkotik vasitələrdən istifadə edib-etmədiyini yerindəcə müəyyən edəcək Almaniya istehsalı olan narkotestlərlə də təchiz olunub.
Qeyd edək ki, indiyə qədər qonşu ölkədə sürücülərin narkotiklərdən istifadə edib-etmədiyi laboratoriyada müəyyən olunurdu. Narkotik vasitələrin təsiri altında nəqliyyat vasitələrini idarə edən sürücülər sürücülük vəsiqəsindən məhrum olunurdular.(report)
İnterPress.az