“Gənclərin məşğulluğunun artırılması məqsədilə sosial sahibkarlığın təbliği” adlı layihə keçirilib – FOTObackend

“Gənclərin məşğulluğunun artırılması məqsədilə sosial sahibkarlığın təbliği” adlı layihə keçirilib – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.az xəbər verir ki, layihə çərçivəsində 18-23 fevral, 2019-cu il tarixdə Lənkəran, Masallı və Astara rayonlarının hər birində sosial sahibkarlıq mövzusunda 2 günlük təlim proqramları keçirilmişdir. Təlim proqramları 18-19 fevral tarixlərində Astara Gənclər evində, 20-21 fevral tarixlərində Masallı “ASAN Həyat” kompleksindəki Heydər Əliyev İncəsənət məktəbində və 22-23 fevral tarixlərində isə Lənkəran Gənclər evində baş tutmuşdur.

Layihənin məqsədi sosial sahibkarlığın inkişafında cənub regionu gənclərinin iştirakını artırmaq və fəallaşdırmaq, o cümlədən sosial sahibkarlıq konsepsiyanın gücləndirilməsi və inkişaf etdirilməsi üçün gənclərin maarifləndirməkdən ibarətdir. Layihə çərçivəsində keçirilmiş təlim proqramlarında region gənclərisosial biznesin əhəmiyyətini, sosial startapçılıq, sosial biznesdə insan faktoru, gənclərə iqtisadi etimadın formalaşması və.s bu mövzularda maariflənmişdir.

Təlim proqramları təcrübəli təlimçilərin iştirakı ilə müxtəlif qeyri formal təhsil metodlarının tətbiqi, sosial sahibkarlıqla bağlı nəzəri və praktiki biliklərin, o cümlədən təqdimatların keçirilməsi ilə baş tutmuşdur. Layihənin əsas gözləntisi region gənclərinin əldə etdikləri biliklər əsasında öz gələcəyini təmin etməsi və yaratdıqları sosial biznesə ətrafındakı gəncləri cəlb etməklə məşğulluq problemini qismən aradan qaldırılmasına nail olmaqdır.

“Gənclərin məşğulluğunun artırılması məqsədilə sosial sahibkarlığın təbliği” adlı layihə keçirilib - FOTO

“Gənclərin məşğulluğunun artırılması məqsədilə sosial sahibkarlığın təbliği” adlı layihə keçirilib - FOTO

“Gənclərin məşğulluğunun artırılması məqsədilə sosial sahibkarlığın təbliği” adlı layihə keçirilib - FOTO

İnterPress.az