Inın qardaşının “qatil”inə hökm oxundubackend

Inın qardaşının “qatil”inə hökm oxundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Star” nəşrinin yazdığına görə, dövlət ittihamçısı ittihamın “təhlükəli elementlərdən istifadə etməklə sağlamlığa ziyan vurma”ya dəyişdirilməsini təklif edib.

Təqsirləndirilən şəxs Malayziya ali məhkəməsinin qərarından sonra “güclü stress” keçirdiyindən polislərin nəzarəti altında psixiatrik xəstəxanaya yerləşdirilib.

Xatırladaq ki, bundan əvvəl martın 11-də məhkəmə cinayət işində adı hallanan digər müttəhim – İndoneziya vətəndaşı Siti Asyaya qarşı ittihamı ləğv olunaraq, məhkəmə zalından sərbəst buraxılmışdı.

Xatırladaq ki, insident 13 fevral 2017-ci ildə baş verib. Kuala Lampurdan Makaoya uçan təyyarəyə minməyə çalışan Kim Çen Nama iki qadın yaxınlaşıb və əllərini onun üzünə sürtərək, ərazidən uzaqlaşıblar.

Bir müddətdən sonra halı dəyişən Kim xəstəxanaya çatdırılan vaxt yolda keçinib. Məhkəmə tibbi ekspert müayinəsi onun bədənində toksik VX maddəsinin izlərini aşkarlayıb.

Şimali Koreya rəhbərliyi Kim Çen Namın qətlinin sifarişçisi olması ilə bağlı iddiaları təkzib edir.

İnterPress.az