Bu barədə ATƏT-in rəsmi saytında məlumat yayılıb.
Təşkilatın sədri martın 29-da Vyanada, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında ATƏT-in Minsk qrupu xətti ilə keçirilən ilk rəsmi görüşün nəticələri barədə məlumatlandırılıb.
Layçak danışıqların konstruktiv atmosferini təqdir edib, liderlərin münaqişənin dinc yolla həlli üçün növbəti addımların atılmasını dəstəkləmələrini alqışlayıb.
“Biz bu prosesə və liderlərin atəşkəsin gücləndirilməsi və humanitar sahədə bir sıra tədbirlərin görülməsini dəstəkləmələrinə nikbinliklə yanaşır və dəstəkləyirik”, – deyə Layçak bildirib.
İnterPress.az